İsrail Rəfahda əməliyyatı davam etdirmək barədə qərara gəlib

İsrail Rəfahda əməliyyatı davam etdirmək barədə qərara gəlib backend

İsrail hökuməti Rəfahda əməliyyatı davam etdirmək barədə qərara gəlib.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Nazirlər Kabineti yekdilliklə qərar verib ki, İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovların azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək.

Eyni zamanda, ofis İsrailin Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.

Report.az

Diaspora