Zelenskinin mühafizəçiləri arasından satqın saxlanılıb

Zelenskinin mühafizəçiləri arasından satqın saxlanılıb backend

Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizlik Administrasiyasının departamentlərindən birinin rəisi, polkovnik Andrey Quku məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə məlumat yerli “Strana.ua” qəzetinin teleqram kanalında yer alıb.

Departamentin məlumatına görə, həmin şəxs müdafiə olunan şəxslər (o cümlədən Ukrayna prezidenti) haqqında şəxsi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürdüyünə görə vətənə xəyanətdə ittiham olunur. Bundan əlavə, məlumatların ötürülməsində şəriklikdə şübhəli bilinən Quk ilə birlikdə təhlekəsizlik xidmətinin daha bir əməkdaşı saxlanılıb.

QAZİLER.AZ

Diaspora