“The Washington Post” qəzetinin İranda həbs edilən müxbirinə qarşı oktyabrın 20-də ittihamnamə irəli sürülüb.
“Fars” informasiya agentliyinin yaydığı məlumata görə, qəzetin müxbiri Ceyson Rezayi cəsusluqda ittiham olunur. Araşdırma zamanı müəyyən edilib ki, İranda fəaliyyət göstərdiyi müddətdə jurnalist iş adamlarının və dövlət rəsmilərinin adlarından ibarət siyahı hazırlayıb. Bu siyahı Qərb dövlətlərinin xüsusi xidmət orqanlarına təqdim edilib ki, onlara qarşı sanksiyalar tətbiq olunsun. Bununla yanaşı, C.Rezayi qanunsuz olaraq İranda Qərb ideologiyasını təbliğ edərək İslam qanunlarını sarsıtmağa çalışıb.Xatırladaq ki, C.Rezayi həyat yoldaşı Yeganə Salehi ilə birlikdə 2014-cü ilin iyulunda həbs edilmiş, 10 ay təcridxanada saxlanılaraq istintaqa cəlb olunmuşdu.