İtaliya tezliklə Ukraynaya yeni hərbi yardım paketini təsdiq edəcək.
Qaziler.az-ın məlumatına görə, “Der Standart” nəşri xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Gido Krosetto bildirib.
“Yaxın həftələrdə biz Ukraynaya Rusiyadan müdafiəni davam etdirə bilməsi üçün ona yeni yardım paketini təsdiq edəcəyik”, - Krosetto parlamentdə deyib.
O qeyd edib ki, İtaliya hər zaman Kiyevi dəstəkləyib və müdafiə silahları verib.
Eyni zamanda, Krosetto italyan əsgərlərinin Ukraynaya göndərilməsi imkanını istisna etdiyini təkrarladı.
“Biz həmişə demişik ki, Ukraynaya hər cür kömək etmək lazımdır və biz bunu edirik, lakin hər zaman hərbi qüvvələrimizin münaqişəyə birbaşa müdaxiləsini istisna etmişik”, - deyə nazir bildirib.
QAZİLER.AZ