İsrailin zərbələri nəticəsində 34 735 nəfər ölüb, 78 108 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, Qəzza zolağında qarşıdurma başlayandan bəri İsrailin hücumları nəticəsində 34 mindən çox insan həlak olub, 78 mindən çox dinc sakin isə yaralanıb. Bu, anklavın Səhiyyə Nazirliyinin yenilənmiş siyahılarından irəli gəlir.
Qəzza Səhiyyə Nazirliyinin Feysbuk səhifəsində dərc edilən bəyanatda deyilir: “Oktyabrın 7-dən bəri İsrail təcavüzü qurbanlarının sayı 34 735 nəfərə çatıb, 78 108 nəfər yaralanıb”.
İdarə onu da aydınlaşdırıb ki, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində həlak olan 52 nəfərin cəsədi Qəzza zolağındakı xəstəxanalara çatdırılıb.
Aprelin 18-də Qəzza Səhiyyə Nazirliyi Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin başlanğıcından bəri İsrailin anklavı vurması nəticəsində təxminən 34 min insanın öldüyünü açıqlayıb.
QAZİLER.AZ