Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib backend

Suriyanın şimalındakı "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma hazırlaşan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir.

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrində hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada terrorçuların hücum cəhdlərinə tam gücü ilə cavab verməyə davam etdiyi bildirilib və “Qəhrəman Türk Silahlı Qüvvələrimiz sülh və əmin-amanlığı pozmaq üçün hücuma hazırlaşan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Suriyanın şimalındakı "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrində təhlükəsizlik mühiti "Terroru mənbəyində ortadan qaldırmağa qərarlıyıq".

QAZİLER.AZ

 

Diaspora