Almaniya Moskvanı Almaniya Sosial Demokrat Partiyasına kiberhücumda ittiham etdikdən sonra Rusiya Federasiyasındakı səfiri Aleksandr Lambsdorffu geri çağırıb.
Qaziler.az bildirir ki, bu barədə mayın 6-da Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə bildirib.
“Əlavə olaraq sizə məlumat verə bilərəm ki, xarici işlər naziri məsləhətləşmələr üçün səfir Lambsdorfu Berlinə geri çağırmaq qərarına gəlib”, - XİN sözçüsü bildirib.
O, Lambsdorfun bir həftə Berlində qalacağını, sonra Moskvaya işə qayıdacağını söyləyib.
QAZİLER.AZ