Ukrayna iyulda Vaşinqtonda keçiriləcək növbəti sammitdə NATO-ya daxil olan ölkələrin üzvlüklə bağlı qərar qəbul etmələrini gözləyir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
“Ordumuz NATO standartlarına uyğun fəaliyyət göstərir", - Baş nazir deyib.
Eyni zamanda, baş nazir bildirib ki, Kiyev “bütün lazımi islahatları həyata keçirib və indi biz dəvətin bir addımlığındayıq”.
QAZİLER.AZ