Alman nasist təbliğatçısı Josef Gebbelsin villası satıla bilmir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Almaniya hökuməti 17 hektar böyük bir ərazini əhatə edən ev satılmadıqdan sonra pulsuz veriləcəyini açıqlayıb.
Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentində çıxış edərək Hitlerin təbliğat naziri Cozef Gebbelsə məxsus villanı dövr etmək istədiklərini bildirib. Evers: "Hər kəsə Berlin əyalətinin hədiyyəsi olaraq buranı götürməyi tövsiyə edirəm" - dedi.
“Son onilliklərdə olduğu kimi yenidən uğursuzluğa düçar olsaq, Berlinin artıq hazırladığımız dağıntıları həyata keçirməkdən başqa yolu qalmayacaq”, - Evers deyib.
Hökumətin əmlakı satmaq cəhdlərində uğursuzluğa düçar olması və hökumətin kompleksin saxlanması və təhlükəsizliyini təmin etməkdən imtina etməsindən sonra iqamətgah yararsız vəziyyətə düşüb. Bildirilib ki, iqamətgahda ağacların aşması, dam örtüyünün mamır basması və köhnəlmiş divarların dağılması problemləri yaranıb.
Hökumətin söküntü qərarına vətəndaşların reaksiyası səbəbindən söküntü planı da ləğv edilib.
Hitlerin sağ əli hesab edilən Gebbelsin Berlindən təxminən 40 kilometr şimalda, Wandlitz qəsəbəsi yaxınlığında, meşəlik ərazidə 1939-cu ildə tikilmiş lüks villası var idi.
QAZİLER,AZ