Berlinin maliyyə nazirliyi nasist təbliğatının rəhbəri Yozef Göbbels üçün inşa edilmiş göl kənarındakı villanın sökülməsinin qarşısını almaq üçün hədiyyə etməyi təklif edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.
Berlinin maliyyə naziri Stefan Evers bildirib ki, villa təmiri öz üzərinə götürən hər kəsə pulsuz istifadəyə verilə bilər.
Evers villanın yerləşdiyi Brandenburq əyalətindən yeni təklif alacağına ümid edib:
“Mən bu əmlakın idarəçiliyini öz üzərinə götürmək istəyən hər kəsi onu Berlin əyalətindən hədiyyə kimi qəbul etməyə dəvət edirəm”.
Qeyd edək ki, bəhs edilən villa Göbbels üçün Berlin yaxınlığında1936-cı ildə 17 hektarlıq ərazidə tikilib.
Göbbelsin villadan bir çox gizli işləri üçün, xüsusilə də “sevgi yuvası” kimi istifadə etdiyi ehtimal olunur.
1945-ci ildə həyat yoldaşı və uşaqları Berlin bunkerində intihar etdikdən sonra villa Şərqi Almaniya Kommunist Partiyasının gənclər qanadına çevrilməzdən əvvəl qısa müddətə hərbi xəstəxana kimi istifadə edilib.
Berlin divarı yıxıldıqdan sonra villa on il müxtəlif məqsədlər üçün istifadə edilib və sonra praktik olaraq tərk edilib. Onun saxlanması və təmiri Berlin əyaləti və federal hökumət üçün yükə çevrilib.