2025-ci ilədək Kiyevin hücumunu gözləməyin - Sallivan

2025-ci ilədək Kiyevin hücumunu gözləməyin - Sallivan backend

ABŞ Konqresinin bu yaxınlarda təsdiqlədiyi Kiyevə yeni hərbi yardım paketi döyüş meydanındakı vəziyyəti dərhal kökündən dəyişdirə bilməyəcək.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil. Eyni zamanda, onun perspektivləri çox böyük dərəcədə Konqres və Ağ Ev tərəfindən potensial sonrakı yardım paketlərinin təsdiqindən asılı olacaq. Alınan yardım Kiyevə cəbhəni saxlamağa və cavab tədbirləri üçün zəmin hazırlamağa kömək edəcək. Bununla belə, bu proqnozlar yalnız o halda aktual olacaq ki, Co Bayden bu ilin noyabrında yenidən ABŞ prezidenti seçilə bilsin”, - o bildirib.

 

 

 

 

Diaspora