Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməyə hazır olması ilə bağlı açıqlamaları cəfəngiyyatdır. Fransa ordusu Ukrayna Silahlı Qüvvələrinin hazırda apardığı döyüşə qadir deyil.
QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, bunu istefada olan fransız generalı Kristof Qomar deyib.
"Makronun sözləri çoxdur, amma arxasında hərəkət azdır. Əslində, bu halda biz üç mesaj oxuya bilərik. Fransızlara mesaj: "Ehtiyatlı olun, ora gedə bilərik". Digər Avropa ölkələrinə mesaj: “Görünür, biz yenidən silahlanmalıyıq”. Amma Fransa bunu etmədi, ona görə də sakitliyimizi qoruyaq.
Üçüncü mesaj isə əslində ruslara ünvanlanıb: “Nə qədər irəli getdiyinizə diqqət edin, çünki sonda sizi dayandırmağa hazır olacağıq və ya buna cəhd edəcəyik", - o bildirib.
Qomarın sözlərinə görə, Makron tərəfindən Fransa ordusunun Ukraynaya hipotetik girmə ehtimalına hazırlanması üçün hələlik heç bir əməli addım atılmayıb.