Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən cəmi bir həftə sonra Çinə səfər etməyi planlaşdırır.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Putinin Çinə səfəri iki ölkə arasında əlaqələrin artan əhəmiyyətini vurğulayır.
“Kremlin planları ilə tanış olan mənbə bildirib ki, səfər mayın 15-16-na planlaşdırılıb. Tarix bir qədər dəyişə bilər. Hər halda, Putinin Çin lideri Si Cinpinlə danışıqlara getməsi onun mayın 7-də Kremldə andiçmə mərasimindən sonra ilk xaricə səfəri olacaq”, - mənbə bildirib.
Putin, digər məsələlərlə yanaşı, Rusiya ilə Çin arasında ticarət həcminin artırılması imkanlarını müzakirə edəcək.