Hindistan bu yaxınlarda Ermənistana satdığı ATAGS yedəkli artilleriya sistemini təkmilləşdirilib.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Ermənistanda yerləşdirilən ATAGS sistemləri yerli dildə interfeysə malik ballistik kompüterlərlə təchiz olunub. Bu quraşdırma erməni artilleriya ekipajlarının işini asanlaşdırır, təlim vaxtını və xəta ehtimalını azaldır.
Balistik kompüterlər də Ermənistanın yerüstü naviqasiyası ilə problemsiz şəkildə inteqrasiya olunub. Bu inteqrasiya döyüş meydanında ATAGS-in ümumi effektivliyini artıraraq daha dəqiq hədəf seçməyə imkan verir.