İsrail radikal HƏMAS qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda SAXAL Rəfahda hərbi əməliyyata başlayacaq.
Həmçinin qeyd olunur ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gedəcək.
Bundan əvvəl İsrail və Misir rəsmilərinə istinadən verilən məlumata görə, İsrail Fələstinin HƏMAS qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır. (oxu.az)
Mənbə: The Wall Street Journal