Avropa Gürcüstanı tarixi şansı əldən verməməyə çağırıb

Avropa Gürcüstanı tarixi şansı əldən verməməyə çağırıb backend

Avropa Şurasının rəhbəri Şarl Mişel Gürcüstanı Aİ-yə daxil olmaq üçün tarixi şansı əldən verməməyə çağırıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mişel bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefon danışığında xarici agentlər haqqında qanuna etiraz edənləri dəstəklədiyini bildirib. O vurğulayıb ki, ölkə vətəndaşlarının açıq, demokratik və plüralist cəmiyyət yaratmaq çağırışı eşidilməlidir.

“Gürcüstanın gələcəyi Aİ ilə olmalıdır. Bu tarixi şansı qaçırmayın”, - Avropa Şurasının rəhbəri bəyanatında bildirib.

Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini səs çoxluğu ilə ikinci oxunuşda qəbul edib. Bundan sonra ölkədə etiraz aksiyaları başlayıb.

QAZİLER.AZ

Diaspora