Somalidə leysan yağışlar səbəbindən ən az 8 min insan evlərini tərk edib

Somalidə leysan yağışlar səbəbindən ən az 8 min insan evlərini tərk edib backend

Somalidə son günlər yağan leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən ən azı 8 min insan evlərini tərk edərək köçmək məcburiyyətində qalıb.

Qaziler.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, Somalidə yağan yağışların həyatı iflic etdiyi bildirilib.

Açıqlamada, son günlər yağan güclü yağışların səbəb olduğu sellər səbəbiylə ən az 8 min insanın köç etmək məcburiyyətində qaldığı, yağışların Hiran bölgəsində təsirli olduğu və Şabel çayında daşma riskinin olduğu bildirilib.

Son günlər ölkədə baş verən daşqınlar nəticəsində 7 nəfər həyatını itirib.

Somali Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları arasında ölkə daxilində 2,4 milyon insan daşqınlardan zərər çəkib, 110 nəfər həyatını itirib.

Somalidən başqa Keniya, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi ölkələr də güclü yağışların yaratdığı daşqınlardan əziyyət çəkib.

QAZİLER.AZ

Diaspora