İsrail HƏMAS-ın liderini ələ keçirib. APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, hərbçilər HƏMAS-ın Fələstindəki qruplaşmasının lideri Həsən Yusifi həbs ediblər.
O, terror faktlarının təşkilində və İsrailə qarşı çağırışlarda ittiham olunur. Əməliyyatda İsrail hərbçiləri ilə yanaşı ŞABAK-ın (Daxili Təhlükəsizlik Xidməti) əməkdaşları da iştirak ediblər.Həbsin səbəbi kimi Həsən Yusifin son həftələr ərzində terror dalğasının genişlənməsinə səsləndirdiyi çağırışları göstərilir.