Federal Təhlükəsizlik Xidməti (FTX) xəbərdarlıq edib ki, Moskvada Kremlinin ərazisi bir neçə gün ziyarətçilər üçün bağlı olacaq.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Mayın 3-ü saat 13:00-a qədər Moskvada Kremlin ərazisi ziyarətçilər üçün bağlıdır”, - FTX-nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin bəyanatında deyilir.
Kreml mayın 5, 6, 7, 8 və 9-da da ziyarətçilər üçün bağlı olacaq. FTX qeyd edib ki, bu günlərdə Kreml Sarayında tədbirlər keçirilir.
Qeyd edək ki, mayın 7-də Kremldə növbəti dəfə Rusiya Federasiyasının prezidenti seçilən Vladimir Putinin andiçmə mərasiminin keçirilməsi planlaşdırılır. Mayın 9-da Qələbə Günü Qırmızı Meydanda Qələbə Gününə həsr olunmuş parad keçiriləcək.
QAZİLER.AZ