Latviya Rusiya və Belarusla sərhəddə tank əleyhinə xəndəklər yaratmağa başlayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə mühəndis və polkovnik-leytenant Kaspars Lazdinş bildirib. Onun sözlərinə görə, Baltikyanı müdafiə xəttinin hazırlanması çərçivəsində Terexovo sərhəd-keçid məntəqəsi yaxınlığında işlər aparılır.
O vurğulayıb ki, strukturlar təbii landşaft, o cümlədən çaylar, bataqlıqlar və meşələr nəzərə alınmaqla yaradılır.
“Burada biz yolu qazırıq, tank əleyhinə xəndək düzəldirik ki, lazım gələrsə, bu yolda maşınların, o cümlədən tankların hərəkəti mümkün olmasın”, - deyə Kaspars Lazdinş bildirib.
Bundan sonra Latviya hakimiyyəti orada əjdaha dişləri deyilən dişlər quraşdırmaq niyyətindədir. Üstəlik, hərbi əməliyyatlar baş verərsə, bu ərazi minalanmış sahəyə çevriləcək.
QAZİLER.AZ