Çexiya Ukraynadan olan qaçqınları dəstəkləyir, lakin öz vətənlərində hərbi çağırışdan yayınanları yox.
Qaziler.az “Novinky.cz” portalına istinadla bildirir ki, bu barədə respublikanın xarici işlər naziri Yan Lipavski bildirib. O, Praqanın hərbi yaşda olan vətəndaşların Ukraynaya qayıtması ilə bağlı imkanlarının məhdud olduğunu vurğulayıb.
“Çexiya uzun müddətdir ki, öz ərazisində Ukraynadan olan qaçqınları dəstəkləyir və qarşılayır, lakin qanunla müəyyən edilmiş hərbi çağırış öhdəliyindən yayınmağa çalışanları isə yox”, - deyə nazir bildirib.
Portalın məlumatına görə, ümumilikdə Çexiyada 18-65 yaş arasında Ukrayna vətəndaşlığı olan 95 minə yaxın kişi var. Çexiyanın hazırkı qanunları çağırışçıların Ukraynaya məcburi qaytarılması imkanını nəzərdə tutmur.
QAZİLER.AZ