İraqdakı iranyönlü silahlı qruplaşma İsrailə hücum edib

İraqdakı iranyönlü silahlı qruplaşma İsrailə hücum edib backend

İraqda yerləşən iranyönlü silahlı qruplaşma İsrailə bir neçə dəfə qanadlı raketlər vasitəsi ilə zərbə endirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hücum “Arkub” tipli qanadlı raket vasitəsi ilə edilib. Qeyd edilib ki, ilk dəfə olaraq İsrailin Təl-Əviv şəhəri hədəfə alınıb.

İranın İraqdakı “İslam müqavimət hərəkatı"ndan bildirilib ki, ötən il oktyabrın 7-dən onlarla raket və PUA vasitəsilə ABŞ-nin İraq və Suriyadakı qüvvələrinə, İsrailin obyektlərinə zərbələr endiriblər.

Diaspora