İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik diviziyasının komandiri, briqada generalı Əmir Əli Hacızadə bildirib ki, ötən ay İsrailə qarşı havadan cavab hücumları zamanı İranın mövcud hərbi resurslarının yalnız kiçik bir hissəsindən istifadə edilib.
Qaziler.az bu barədə Rusiya KİV-nə istinadla xəbər verir.
İranlı general qeyd edib ki, İranın cəza zərbələri zamanı ABŞ, İngiltərə və Fransa İranın hücumlarını dəf etmək üçün İsrailin köməyinə gəliblər.
Bununla belə, o əlavə edib ki, ölkə fövqəl dövlətlərə və onların müttəfiqlərinə qarşı çıxıb, İsrailə qarşı hərəkətə keçmək üçün hazırladıqlarının cəmi 20 faizindən istifadə edib.
Hacızadə bildirib ki, İsrail İranın hücumlarına qarşı bütün hərbi resurslarını səfərbər edib, ABŞ isə İsrailə dəstək olaraq öz təyyarələrini, kreyserlərini və təyyarədaşıyanlarını yerləşdirib.
İran bütün gücündən istifadə etməsə də, İsrail və müttəfiqləri İranla qarşı-qarşıya gəlmək üçün əllərində olan hər şeydən istifadə ediblər və əlavə edib ki, əvvəllər müdaxilə etmək niyyətində olmadığını bildirən ABŞ İsraili dəstəkləyib.
QAZİLER.AZ