Mask Amerika bayrağını cıranların ölkədən qovulmasını təklif etdi

Mask Amerika bayrağını cıranların ölkədən qovulmasını  təklif etdi backend

Amerikalı iş adamı, milyarder İlon Mask Amerika bayrağını cırıb ona hörmətsizlik göstərən hər kəsin ABŞ-dan çıxarılmasını təklif edib.

Qaziler.az bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Paylaşımında Mask oxuculardan onun təklif etdiyi qanunla bağlı fikirlərini bildirmələrini xahiş edib: “Əgər kimsə ABŞ bayrağını cırıb başqa ölkənin bayrağı ilə əvəz edərsə, onlara həmin bayrağın dövlətinə pulsuz, lakin məcburi birtərəfli bilet verilməlidir”.

Bu sözləri yazmasına səbəb ABŞ-da baş verən çoxsaylı Fələstin tərəfdarı nümayişləri zamanı ABŞ bayrağının sökülərək Fələstin bayrağı ilə əvəzlənməsi halları olub.

Qeyd edək ki, ABŞ-da 10 gün ərzində bu cür mitinqlərdə 1000-ə yaxın insanın saxlandığı bildirildi. Nümayişlər universitetlərin kampuslarında keçirilib.

QAZİLER.AZ

Diaspora