Britaniya təsdiqlədi: Ukrayna Rusiyanı vura bilər

Britaniya təsdiqlədi:  Ukrayna Rusiyanı vura bilər backend

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynanın Rusiya ərazisini Britaniya silahları ilə vurmaq hüququna malik olduğunu bildirib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, bu cür hücumlar müdafiə kimi qiymətləndirilir.

“Ukraynanın bu hüququ var. Rusiya Ukraynanın içərilərinə zərbələr endirdikdə, Ukraynanın niyə özünü müdafiə etməsinə ehtiyac duyduğunu başa düşə bilərsiniz”, - Kemeron Kiyevə səfəri zamanı deyib.

QAZİLER.AZ

Diaspora