Qırğızıstanın Xarici İşlər Nazirliyi vətəndaşlara üzrlü səbəblər olmadan Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, KİV-də müvafiq məlumatlara baxmayaraq, indiyədək Qırğızıstan pasportu olan şəxslərin Rusiya Federasiyasına daxil olmaqdan kütləvi şəkildə imtinası olmayıb.
“Nazirlik və Qırğız Respublikasının xarici qurumları Rusiya Federasiyasındakı mövcud vəziyyəti və onun Qırğızıstan Respublikası vətəndaşlarının hüquqi statusuna təsirini izləyir”, - Qırğızıstan Xarici İşlər Nazirliyi izah edib.
Qeyd edək ki, martın sonunda Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra həmvətənlərini Rusiyaya səfərdən çəkinməyə çağırıb. Artıq Rusiya Federasiyasında olan ölkə vətəndaşlarına insanların sıx toplaşdığı yerlərə getməməyə və üzərlərində sənədlərinin olmasına çağırış edib.
QAZİLER.AZ