İsveçrə neytral statusunu itirib

İsveçrə neytral statusunu itirib backend

“İsveçrə həmişə danışdığı neytrallıq statusunu itirir”.

Qaziler.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Qriqori Karasin “Lenta.ru”ya müsahibəsində deyib. O qeyd edib ki, bu status müxtəlif beynəlxalq sammitlərin keçirilməsi üçün yer seçimində rol oynayıb.

“Sammit öz mənasını itirir, Rusiyasız bu, məhsuldar deyil. İsveçrə çoxdan bəri elan etdiyi və həmişə fəxr etdiyi neytrallıq statusunu çox tez itirib. Bu status müxtəlif beynəlxalq konfransların keçirildiyi yer kimi onun xeyrinə oynayıb”, - Karasin izah edib.

Senator qeyd edib ki, İsveçrənin son hərəkətləri ölkənin uzun müddətdir danışdığı neytrallığına xələl gətirib. Əvvəllər onların Rusiyanı beynəlxalq sammitə dəvət etmək niyyəti də olmayıb.

QAZİLER.AZ

Diaspora