Rusiya prezidenti Vladimir Putin terror aktı zamanı Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalının binasını tərk etməyə kömək edən yeniyetmələrin “Ölümdən xilas etdiklərinə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, Rusiya dövlət başçısı Artem Donskovu, Nikita İvanovu və İslam Xəlilovu fəxri mükafatla təltif edib.
"Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərinə görə Artem Aleksandroviç Donskov, Nikita Mixayloviç İvanov, Xəlilov İslam Baxteroviç "Ölümdən xilas etdiklərinə görə" medalı ilə təltif edilsin..." - sənəddə qeyd edilib.
"Crocus City Hall"da terror aktı və ardınca yanğın baş verən zaman konsert zalında qarderob qulluqçusu kimi part-time işləyən yeniyetmələr bir neçə yüz nəfəri küçəyə çıxarıblar. Nikita İvanov, Artem Filimonov, Artem Donskov, İslam Xəlilov, Sofiya Mayer və başqaları əvvəllər təlim zamanı əldə etdikləri bilikləri rəhbər tutduqlarını bildiriblər.
QAZİLER.AZ