Mayın 9-da Moldovada "Swift Response" 2024 irimiqyaslı hərbi təlimlər başlayacaq.
Qaziler.az bildirir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
Moldova Müdafiə Nazirliyi təlimlərin mayın 9-dan 16-dək ABŞ komandanlığı altında keçiriləcəyinə aydınlıq gətirib.
Təlimlərdə 400-dən çox Moldova və Amerika hərbçisi iştirak edəcək.
“Təlimdə məqsəd iştirakçı hərbçilər arasında bacarıqların inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, həmçinin fərdi və kollektiv hərbi təlimin müasir texnika, metod və prosedurlarının praktikada tətbiqidir”, - deyə idarədən bildirilib.
Swift Response 2024 proqramı çərçivəsində hərbçilər paraşütlə tullanmalar edəcək və döyüş atışlar həyata keçirəcəklər.
QAZİLER.AZ