Macarıstanda ukraynalıya bıçaqla hücum edilib, o, hadisə yerində ölüb

Macarıstanda ukraynalıya bıçaqla hücum edilib, o, hadisə yerində ölüb backend

Macarıstanın paytaxtı Budapeştdə 48 yaşlı Ukrayna vətəndaşı silahlı hücuma məruz qalıb. O, həyatına son qoyan  bıçaq yaraları alıb.

Qaziler.az bildirir ki, bu barədə Budapeşt polis qərargahının mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 44 yaşlı qazax əsilli kişi ilə 48 yaşlı ukraynalı arasında mübahisə yaranıb və dava baş verib. Bundan sonra qazaxıstanlı ukraynalını bıçaqlayıb. Ukrayna vətəndaşı yerindəcə keçinib.

Polis artıq adamöldürmə maddəsi ilə cinayət işi açıb.

Hücum edən şəxs hadisə yerində saxlanılıb. O, məsuliyyətə cəlb olunacaq.

QAZİLER.AZ

Diaspora