"SourceDNA” şirkətinin kibertəhlükəsizlik üzrə ekspertləri tərəfindən "Apple” şirkətinin rəsmi onlayn mağazasında istifadəçilərin şəxsi məlumatlarını oğurlaya bilən 250 zərərli əlavə aşkarlanıb.
"Source DNA”-nın “Apple” şirkətinin sonradan təsdiq etdiyi bəyanatına görə, məlumatların gizli toplanılmasını “Youmi” şirkəti tərəfindən yaradılan proqram təminatı həyata keçirib.İKT.lent.az-ın xəbərinə görə, proqram tərtibatçılara məhsullara reklam elanlarının inteqrasiyası üçün lazım olan alətlər paketi şəklində təklif edilib. “Source DNA” ekspertləri bildiriblər ki, yoluxdurulmuş əlavələrin müəllifləri proqram təminatının nə üçün nəzərdə tutulmasını başa düşməyə bilərdilər, çünki proqram məlumatları yalnız onu yaradana göndərib.
Öz növbəsində “Apple” nümayəndələri qeyd ediblər ki, "AppStore”dakı yoluxdurulmuş əlavələr silinib və proqramın yenilənmiş versiyalarının buraxılışına kömək etmək məqsədilə tərtibatçılarla əlaqə saxlanılıb.