Honq Konq 140 ilin ən isti aprelini yaşadı

Honq Konq 140 ilin ən isti aprelini yaşadı backend

Bu il Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi 1884-cü ildə meteoroloji qeydlər başlayandan bəri "ən isti aprel"i yaşadı.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Honq Konq Rəsədxanasının verdiyi açıqlamaya görə, aprel ayında orta temperatur 26,4 dərəcə Selsi olaraq ölçüldü.

Bu, meteoroloji qeydlərdə son 140 ildə "ən isti aprel" kimi qeydə alınıb.

Subtropik iqlim zonasında yerləşən Honq-Konqda bu ilin qış və yaz aylarında temperatur göstəriciləri mövsümi normalardan yüksəkdir.

Aprelin 27-də şəhərdə orta sutkalıq temperatur 28,8 dərəcə Selsi səviyyəsinə çatıb.

Honq Konqda 1990-2020-ci illər arasında aprel ayında orta temperatur 21,1 ilə 25,6 dərəcə Selsi arasında olub.

QAZİLER.AZ

Diaspora