Şolts və Makron Si Cinpinin Fransaya səfərindən əvvəl "gizli görüş" keçirəcək - "Politico"

Şolts və Makron Si Cinpinin Fransaya səfərindən əvvəl "gizli görüş" keçirəcək -  "Politico" backend

Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Parisdə “son şam yeməyi” təşkil edəcək. Görüş Çin prezidenti Si Cinpinin Fransaya səfərindən bir neçə gün əvvəl baş tutacaq.

Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Şolts və Makron görüşə həyat yoldaşları ilə gələcək.

Görüş fransız restoranlarından birində baş tutacaq.

Jurnalistlər aydınlaşdırırlar ki, əsas mövzu mayın 5-i bazar günü Fransaya gələcək və orada üç gün qalacaq Si Cinpinin səfəri olacaq. Almaniya kansleri çox güman ki, Fransa prezidentinə keçən ay Çinə səfəri barədə danışacaq.

Alman Marşal fondunun rəsmisi Noa Barkin bildirib ki, Makron Şoltsu gələn həftə Si Cinpin ilə görüşündə iştirak etməyə razı salmağı planlaşdırır. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin də iştirak edəcəyi planlaşdırılır.

“Politico” yazır ki, şam yeməyi zamanı Makron və Şolts Aİ-də müdafiənin maliyyələşdirilməsini də müzakirə edə bilərlər. Fransa prezidenti “müdafiə istiqrazları” yaratmaq istəyir ki, bu da hərbi sərmayələri maliyyələşdirmək üçün Avropada borc buraxmağı nəzərdə tutur.

Şolts hələlik təşəbbüsü dəstəkləmir.

QAZİLER.AZ

Diaspora