Bayden antisemitizmdə ittiham olunub

Bayden antisemitizmdə ittiham olunub backend

Yəhudi təşkilatlarının ekspertləri ABŞ prezidenti Co Baydeni Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin başlamasından sonra ölkədə antisemitizmin artmasında ittiham ediblər.

Qaziler.az lenta.ru-ya istinadən bildirir, bu barədə "Fox News" xəbər verir.

“Son altı ayda antisemitizmlə bağlı vəziyyət daha da pisləşib. Kollec şəhərciklərində şiddətli etirazlar var və onların sayı artmaqda davam edir. Prezident Bayden Milli Qvardiyanı onları sıxışdırmaq üçün çağırmaq hüququna malikdir, lakin o bunu etmədi”, kanal JewBelong təşkilatının həmtəsisçisi Archie Gottesmanın sözlərini yazır.

Bundan əlavə, materialın müəllifləri Demokratiyaları Müdafiə Fondunun tədqiqatçısı Hüseyn Əbdül-Hüseynin şərhlərini təqdim edirlər.
Onun fikrincə, ABŞ universitet və kolleclərində keçirilən etiraz aksiyaları Ağ Evin yanlış siyasətinin kulminasiya nöqtəsi olub.

QAZİLER.AZ 

Diaspora