NATO-nun baş katibi beş il ərzində Ukrayna üçün 100 milyard dollar toplamağı təklif edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərini Ukrayna üçün 100 milyard dollar toplamağa dəvət edib. Bu barədə mayın 2-də Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
"Çərşənbə axşamı NATO-ya üzv ölkələr Baş Katibdən 100 milyard dollar toplamaq təklifi aldılar", - deyə o, M1 kanalında deyib.
Siyarto əlavə edib ki, beş il ərzində 100 milyard dollar toplanması planlaşdırılır. Macarıstanın xarici işlər naziri qeyd edib ki, bu, NATO-nun bütün bu müddət ərzində münaqişənin davam edəcəyini düşündüyünü deməyə əsas verir.
QAZİLER.AZ