Lukaşenko naziri əli ilə yeri qazmağa məcbur etdi - VİDEO

Lukaşenko naziri əli ilə yeri qazmağa məcbur etdi - VİDEO backend

Belarus prezidenti Aleksandr Lukaşenko Mogilyov vilayətinin Kostyukoviçi rayonundakı əkin sahəsinə baş çəkib.

Qaziler.az bildirir ki, bu barədə “BelTA” xəbər dərc edib. Yoxlama zamanı Lukaşenko Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Sergey Bartoşdan torpaqda taxıl axtarmağı tələb edib.

Belə ki, əkin sahəsində gəzinti zamanı prezident səpinin dərinliyini yoxlamaq istəyib. Lukaşenkonun tələbindən sonra nazir taxıl axtarmaq üçün əli ilə yeri qazmağa başlayıb.

“Nazir haradadır? Yaxşı, taxıl axtarın! Yoxsa bunu necə edəcəyinizi artıq unutmusunuz? Burada hansı dərinlik var? Dörd və ya beş santimetr. Normaldır, idealdır”, - Lukaşenko bildirib.

QAZİLER.AZ sözügedən görüntüləri təqdim edir:

Diaspora