Kolumbiya mayın 2-dən etibarən İsraillə diplomatik əlaqələri kəsəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib. Onun sözlərinə görə, yəhudi dövlətinə “soyqırımı” edən prezident və hökumət rəhbərlik edir.
“Budur, qarşınızda dəyişikliklərin hökuməti var. Respublika prezidenti deyir ki, sabah İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək, çünki onların “soyqırımı” törədən hökuməti və prezidenti var”, - Kolumbiya lideri Boqotada 1 May nümayişi zamanı vurğulayıb.
Petronun əlavə etdiyi kimi, İsrailin Qəzza zolağındakı hərəkətləri üsyana cavab vermək, bayraq qaldırmaq və müqavimət göstərmək kimi əsaslandırılır. Təl-Əvivin anklavdakı əməliyyatı uşaqlar da daxil olmaqla çoxsaylı mülki itkilərə səbəb olub, deyə Kolumbiya prezidenti bildirib.
QAZİLER.AZ