“New York Times”ın köşə yazarı Reyçel Donadino bildirir ki, bir neçə il ərzində Avropa kitabxanalarından rus yazıçılarının, əsasən Aleksandr Puşkin və Nikolay Qoqolun 170-dən çox nadir nəşri oğurlanıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, yazarın sözlərinə görə, cinayətdə bir qrup Gürcüstan vətəndaşı şübhəli bilinir və onların kitabların əsl nüsxələrini kopyaları ilə əvəz etdikləri iddia edilir.
“2022-ci ildən bəri Europolun məlumatına görə, dəyəri 2,6 milyon dollardan çox olan 170-dən çox kitab yoxa çıxıb. Ən çox zərər çəkən Varşava Universitetinin kitabxanası olub, 78 kitab itib”, - Donadio qeyd edib.
Jurnalistin yazdığına görə, hər bir fərdi kitabın qiyməti onlarla dollardan yüz minlərlə dollara qədər dəyişə bilər. Polşa ilə yanaşı, Riqa, Vilnüs, Berlin, Münhen, Helsinki, Paris və Cenevrə kitabxanalarında da nəşrlər dəyişdirilib.
Donadio aydınlaşdırıb ki, oğurluq faktları ilə bağlı aparılan istintaq çərçivəsində 9 Gürcüstan vətəndaşı saxlanılıb. Europolun məlumatına görə, müttəhimlər kitabların bir hissəsini Sankt-Peterburq və Moskvada keçirilən hərraclarda satıblar ki, bu da qiymətli nüsxələrin kitabxanalara qaytarılmasının mümkünlüyünü şübhə altına alır.
QAZİLER.AZ