Ukraynada münaqişə çıxılmaz məqama çatıb - "Bloomberg"

Ukraynada münaqişə çıxılmaz məqama çatıb - "Bloomberg" backend

ABŞ-dən tez bir zamanda artilleriya mərmilərinin çatdırılmasına baxmayaraq, növbəti bir neçə ay Ukrayna üçün çox qaranlıq olacaq.

Qaziler.az bildirir ki, mövzu ilə bağlı “Bloomberg”də məqalə dərc edilib.

Materialın müəllifləri iddia edirlər ki, Kiyev ciddi hərbi kadr çatışmazlığı yaşayır, lazımi hava hücumundan müdafiə sistemləri isə çatışmır. Məqalədə həmçinin qeyd olunur ki, Rusiya silahlı qüvvələri respublika ordusundan bir neçə dəfə çox olduğundan Ukraynadakı münaqişə “çıxılmaz məqam”a çatıb.

“Ukraynada hərbi əməliyyatlar həlledici, çıxılmaz bir məqama çatıb. Birləşmiş Ştatlar sursat tədarük etməyə tələsir, lakin buna baxmayaraq, qüvvələrin nisbəti Ukraynanın xeyrinə ikinin birə, hətta üçün birə nisbətinə bərabər olacaq”, - məqalədə qeyd olunub.

QAZİLER.AZ

Diaspora