Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə azadlıq əldə edən Vaqner XHT-nin keçmiş döyüşçüsü müəzzini borca görə öldürüb.
Qaziler.az “Volsk.ru”ya istinadla xəbər verir ki, Ulyanovsk vilayətindən olan 36 yaşlı Rail Xayrov ömürlük həbs cəzası ilə üzləşib. Volskda törədilmiş cinayətin qurbanı çoxuşaqlı ata İbrahim İsyanyayev olub.
“Xayrovun borcları olub, müəzzini qarət etmək və kreditlərini ödəmək üçün plan hazırlayıb. İsyanyaev isə hadisə zamanı pulu verməyib. Xayrov da bıçaqla onun ürəyinə zərbələr endirib və “Qazel”dən 300 min rubl götürüb”, - mənbə bildirib.
Şübhəli şəxs meyiti Ulyanovsk vilayətində çaya atıb və könüllü döyüşçü kimi qeydiyyatdan keçmək üçün avtobusla DXR-ə gedib. O, Donetskdə saxlanılıb. Məlumata görə, hazırda istintaq təcridxanasında saxlanılır.
QAZİLER.AZ