Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər.
Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib.
İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə “X” dərəcəli (ən yüksək dərəcə) partlayışlar ola bilər.
Mənbə: TASS