Şri-Lanka rusiyalı turistlərə pulsuz vizaların verilməsini qeyri-müəyyən müddətə uzadıb. Bu barədə mayın 1-də Rusiyanın bu ölkədəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Aleksandr İvin məlumat verib.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya səfirliyi bizə bu rejimin uzadıldığı barədə nota alıb. Bu pilot layihənin daimi olub-olmayacağı və nə vaxta qədər qalacağı bəlli deyil”, - deyə TASS onun sözlərindən sitat gətirib.
Bütövlükdə, Şri-Lanka hələ yeddi ölkədən: Rusiya Federasiyası, İndoneziya, Hindistan, Çin, Yaponiya, Malayziya və Tailanddan gələn turistlərə pulsuz viza verilməsi rejimini ləğv etməyib.
Agentliyin həmsöhbəti məsələyə belə aydınlıq gətirib.
QAZİLER.AZ