Amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib

Amerikalı yazıçı Pol Oster 77 yaşında vəfat edib backend

Amerikalı yazıçı və ssenarist Pol Oster 78 yaşında Bruklin şəhərində vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə “The New York Times” onun dostu Ceki Lydenə istinadən məlumat yayıb.

O, müəllifin ölüm səbəbinin ağciyər xərçənginin yaratdığı fəsadlar olduğunu paylaşıb.

Oster 3 fevral 1947-ci ildə Nyu Cersidə anadan olub. O, "Şüşə şəhər", "Kabuslar" və "Qıfıllı otaq" romanlarının daxil olduğu "Nyu York Trilogiyası" (1987) kimi əsərlər yazıb. O, həmçinin “Ay məbədi” (1989), “Cənab Vertiqo” (1994), “İllüziyalar kitabı” (2002), “Həyəcan musiqisi” (film çəkilib) filmlərinin yaradıcısı olub. “Tüstü” və “Tükənmə” filmlərinin ssenari müəllifi, həmçinin “Sən haradasan, Lulu?” filminin ssenari müəllifi və rejissorudur.

QAZİLER.AZ

Diaspora