Norveç Ukraynaya kömək üçün əlavə olaraq 600 milyon dollar ayırıb

Norveç Ukraynaya kömək üçün əlavə olaraq 600 milyon dollar ayırıb backend

Norveç hökuməti 2024-cü ildə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və humanitar yardım göstərmək üçün əlavə 600 milyon dollar ayıracaq.

Qaziler.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə Tvitter hesabında  xəbər verilir ki, bunu Norveçin baş naziri Yonas Qahr Stör deyib.

Nəşrin məlumatına görə, Norveç parlamenti bu gün, aprelin 30-da 2024-cü ildə Ukraynaya yardımın artırılmasını dəstəkləyib.

Daha sonra Norveçin baş naziri Ukrayna dövlətinə yardım üçün daha 7 milyard Norveç kronunun (600 milyon dollardan çox) veriləcəyini dəqiqləşdirib.

"Ukraynada vəziyyət daha ciddi və qeyri-müəyyəndir", - baş nazir deyib.

O, həmçinin etiraf edib ki, Norveç Ukraynaya kömək üçün beş il müddətinə 75 milyard Norveç kronunun (demək olar ki, 7 milyard dollar) ayrıldığı Nansen proqramını artıra bilər.

QAZİLER.AZ

Diaspora