ABŞ Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək - Pentaqon rəhbəri

ABŞ Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək -  Pentaqon rəhbəri backend

Amerika Birləşmiş Ştatları Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək.

RBC-Ukrayna xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə sualları cavablandırarkən deyib.

Ostindən ABŞ-ın bu yaxınlarda qəbul edilmiş 60 milyard dollarlıq yardım paketindən kənarda ATACMS uzunmənzilli raketlərin əlavə tədarükü ilə bağlı soruşublar.

“Birləşmiş Ştatlar bacardığı qədər imkanlar təqdim edəcək”, - Ostin bildirib.

O, həmçinin əlavə edib ki, Ukrayna artıq ATACMS alıb.

QAZİLER.AZ

 

 

Diaspora