Ukraynaya məxsus PUA Rusiya səmasında vurulub

Ukraynaya məxsus PUA Rusiya səmasında vurulub backend

Rusiyanın hava hücumundan müdafiəsi Belqorod vilayəti üzərində daha bir Ukrayna PUA-sını məhv edib.

Qaziler.az bildirir ki, bu barədə aprelin 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 30-da Moskva vaxtı ilə saat 20:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - məlumatda deyilir.

Bu gün Müdafiə Nazirliyi Kursk və Belqorod vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinin üç pilotsuz uçuş aparatının məhv edildiyi barədə məlumat yayıb. Daha sonra Belqorod üzərində səmada daha bir məhv edilmiş pilotsuz təyyarə haqqında məlumat yayılıb.

QAZİLER.AZ

 

Diaspora