İsrail Patriot sistemlərindən tamamilə imtina etməyi planlaşdırır - "Times of Israel"

İsrail Patriot sistemlərindən tamamilə imtina etməyi planlaşdırır -  "Times of Israel" backend

İsrail Hərbi Hava Qüvvələri köhnəlmiş “Patriot” hava hücumundan müdafiə sistemləri ilə vidalaşmağı planlaşdırır. Önümüzdəki aylarda batareyalar daha təkmil hava hücumundan müdafiə sistemləri ilə əvəz olunacaq.

Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” nəşri xəbər verir.

Qəzet yazır ki, İsrail ordusu fevral ayında bir neçə "Patriot" sistemini "bağlamaq" prosesində olduğunu açıqlayıb. İki ay ərzində komplekslər tamamilə sıradan çıxarılacaq.

İstismardan çıxarılan batareyalar daha təkmil hava hücumundan müdafiə sistemləri, xüsusilə "David's Sling" sistemi və məşhur Dəmir Günbəzlə əvəz olunacaq.

Patriot batareyaları 1991-ci ildə Körfəz Müharibəsi zamanı İraqdan İsrailə atılan Skad raketlərinin bəzilərinə qarşı uğurla işləyib. ABŞ istehsalı olan sistem elə həmin il rəsmi olaraq İsrail xidmətinə girdi, lakin ilk dəfə yalnız 2014-cü ildə Qəzza zolağından atılan HƏMAS PUA-sını vurmaqda istifadə edilib.

Növbəti on il ərzində sistem 2014 və 2018-ci illərdə İsrailin hava məkanını pozan Suriya qırıcıları da daxil olmaqla cəmi 10 hədəfi zərərsizləşdirib.

QAZİLER.AZ

 

Diaspora