Litvada hərbi xidmət keçməli olan ukraynalıların vətənə qayıtma ehtimalından danışılıb

Litvada hərbi xidmət keçməli olan ukraynalıların vətənə qayıtma ehtimalından danışılıb backend

Litva prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri Kyestutis Budris deyib ki, onun ölkəsi Ukraynaya çağırış yaşda olan kişilərin vətənə qayıtmasına kömək edə bilər.

Qaziler.az bu barədə “Delfi”yə istinadən məlumat yayıb.

Lakin o, hesab edir ki, ukraynalı kişilərin vətənə qaytarılmasının effektivliyi bu məsələ ilə bağlı regional səviyyədə qəbul ediləcək siyasi qərarlardan asılı olacaq.

“Ukraynanın lazım bildiyi ölçüdə və formada, əlbəttə ki, onlarla danışacağıq və həyata keçirilməsində kömək edəcəyik”, - o deyib.

Onun fikrincə, ukraynalı kişilərlə bağlı qərar dövlətlərarası səviyyədə qəbul edilməlidir.

QAZİLER.AZ

 

Diaspora