NASA Yerin kosmosdan çəkilən fotolarının fasiləsiz yerləşdirildiyi sayt hazırladı

NASA Yerin kosmosdan çəkilən fotolarının fasiləsiz yerləşdirildiyi sayt hazırladı backend

NASA Yerin işıqlı tərəfinin fotolarının real rejimdə yerləşdirildiyi sayt hazırlayaraq istifadəyə verib. Kosmosdan - 1,5 milyon km məsafədən çəkilən fotolar 1-2 saat intervalı ilə sayta qoyulur.


İKT.lent.az-ın xəbərinə görə, NASA “http://epic.gsfc.nasa.gov” saytında hər gün DSCOVR peykindən daxil olan 12 rəngli foto yerləşdiriləcəyini açıqlayıb.

DSCOVR peyki Yerin atmosferini və Günəş küləyini müşahidə etmək üçün 2015-ci ilin fevralında fəzaya buraxılıb. Peyk “Lagranja L1” nöqtəsində, bilavasitə Yer-Günəş xəttində elə mövqe tutub ki, daim Yerin Günəşə tərəf olan hissəsini müşahidə edir. Peykdə quraşdırılan və teleskopla təchiz edilmiş EPİC kamerası spektrin müxtəlif hissələrində - ultrabənövşəyidən infraqırmızıya yaxın rəngə qədər – fotolar seriyası çəkir. Qırmızı, yaşıl və göy kanallarda əldə edilən çəkilişlər 12 meqapiksellik kameranın çəkdiyi fotolara ekvivalent olan rəngli fotolar hazırlamaq üçün istifadə edilir.
Diaspora