Çexiya prezidenti ölkədə avronun qəbuluna çağırıb

Çexiya prezidenti ölkədə avronun qəbuluna çağırıb backend

Çexiya prezidenti Petr Pavel respublikanın vahid Avropa valyutasını qəbul etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, o, “Çexiyanın Aİ-yə üzvlüyünün 20 ili: genişlənmiş Avropaya baxış” adlı beynəlxalq konfransda müvafiq bəyanatla çıxışında deyib.

“Əgər biz ali liqalarda oynamaq istəyiriksə, o zaman avronu qəbul etmək məntiqlidir. Artıq avro ilə ödənişlərə keçən ölkələrin təcrübəsi təsdiqləyir ki, ondan istifadə etməyənlər narazıdır”, - deyə Çexiya prezidenti bildirib.

Pavel ilk olaraq həmvətənlərinə Yeni il müraciətində Çexiyanı avro ilə ödənişlərə keçirmək üçün konkret addımların atılmasının vacibliyini qeyd edib. Respublikanın hazırkı hökumət koalisiyasında olan beş partiyadan dördü bu təşəbbüsü dəstəkləyir.

QAZİLER.AZ

Diaspora